İranda ağır qəzada ölənlərin sayı artıb: 13 nəfər - YENİLƏNİB - VİDEO

21 Sentyabr 2019 13:45

13:45

İranda baş verən ağır qəzada ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşması nəticəsində ölənlərin sayı 8-dən 13-ə çatıb. 18 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

----------

13:39

"İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib.

Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb.

Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.

Kərimi hadisənin yük maşının qarşı yola çıxması nəticəsində baş verdiyini deyib.

Milli.Az