PSJ-də Mbappe sevinci

21 Sentyabr 2019 14:29

Fransa Liqa 1-in növbəti turunda "Lion"la qarşılaşacaq PSJ-nin zədəli futbolçusu sağalıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Paris klubunun 20 yaşlı hücumçusu Kilian Mbappe zədəsini sağaldıb. Liqa 1-in 3-cü turunda "Tuluza"yla oyunda (4:0) zədələnən futbolçunun "Lion"la qarşılaşmada meydanda olacağı gözlənilir.

Komandanın digər zədəlisi Edinson Kavaninin isə müalicə dövründə olduğu və fərdi məşqlər etdiyi bildirilir.

"Lion" - PSJ matçı sabah, 23:00-da start götürəcək.

Milli.Az