Şamaxıda ikimərtəbəli mağaza yanıb

21 Sentyabr 2019 14:24

Şamaxıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şamaxı rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az