Ən çox qazanan reperlər açıqlandı

21 Sentyabr 2019 11:49

ABŞ-lı reper Kanye Uest "Forbes" tərəfindən hazırlanan ən çox gəlir əldə edən hip-hop ifaçıları reytinqində birinci yerdə qərarlaşıb.

"Qafqazinfo"nun məlumatına görə, musiqiçinin bu ilki gəliri 150 milyon dollar təşkil edib ki, bununla da o, reytinqin ötən ilki lideri Jay-Z-ni qabaqlaya bilib. Sonuncunun gəliri 81 milyon dollar olub.

Üçüncü yeri 75 milyon dollar gəlirlə Dreyk tutub. İlk beşliyi P. Dİddy (70 milyon) və Trevis Skott (58 milyon) yekunlaşdırıblar.

İlk onluqda Eminem (50 milyon), DJ Khaled (40 milyon), Kendrik Lamar (38,5 milyon), Migos (36 milyon) və Donald Qlover (35 milyon) yer alıb.

Milli.Az