Cenniferin erotik filmi qadağan edildi

21 Sentyabr 2019 09:39

Dünyaca məşhur müğənni Cennifer Lopezin başrolda oynadığı "Hustlers" (Striptizçilər) filmi Malayziyada qadağan edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb ekran işində erotik səhnələrin çoxluğudur. Bundan başqa filmdə narkotik maddələrin istifadəsinin açıq-aşkar nümayişi də müvafiq qurumları bu addımı atmağa vadar edib.

Qeyd edək ki, hazırda adıçəkilən ekran işi izlənmə sayına görə həm Amerika, həm də Avropada ilk sıralardadır.

Milli.Az