İraqda avtobus partlayıb, qurbanlar var

21 Sentyabr 2019 09:44

Iraqın Kərbala şəhərində avtobusun partladılması nəticəsində ən azından 12 nəfərin həyətına son qoyulmuşdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bundan əvvəl PressTV kanalı 9 nəfərin öldüyü barədə məlumat vermişdi.

Qeyd edək ki, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb, lakin onların sağlamlıq durumları barədə hələdə məlumat verilmir. Bölgədə fəaliyyət göstərən qrupların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az