Bu ölkədə də avtobus qəzası: 3 ölü

21 Sentyabr 2019 10:04

Qvatemalanın mərkəzindəki bir yolda onlarla sərnişinin olduğu bir avtobus yük maşınına çırpılıb. Ən azı üç nəfər yol qəzanın qurbanı olublar, 30-dan çox insan yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölənlər arasında yük maşınının sürücüsü də olub. Yaralı sərnişinlər xəstəxanalara aparılıb, vəziyyətləri barədə məlumat açıqlanmır. Hökümət, avtomobil qəzasının səbəbləri ilə əlaqədar istintaq başladıb.

Milli.Az