Beyl "Real"ın simvolunu saxlamaqdan imtina etdi - VİDEO

21 Sentyabr 2019 11:24

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Real" səfərdə PSJ-yə 0:3 hesabı ilə uduzub.

Milli.Az xəbər verir ki, oyundan öncə Madrid klubunun futbolçuları kollektiv şəkil çəkdirərkən maraqlı hadisə yaşanıb.

"Kral klubu"nun müdafiəçisi Rafael Varan "Real"ın emblemini Qaret Beylə saxlamaq üçün verib. Uelsli futbolçu isə Varanı sərt baxışlarla süzüb və klubun simvolunu Dani Karvaxala ötürüb.

Milli.Az