33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub

20 Sentyabr 2019 23:20

Ağsuda 33 baş qoyun oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Ş.İsmayılova məxsus yardımçı təsərrüfatdan 33 baş qoyun və 9 baş keçi oğurlamaqda şübhəli bilinən Ağalarbəyli kənd sakini N.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az