Qəza oldu, xəsarət alan var - FOTO

20 Sentyabr 2019 22:10

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunda qeydə alınıb. Yük və minik avtomobilinin toqquşması nəticəsində yük maşını aşıb və minik avtomobilinin sürücüsü daxil olmaqla, 3 nəfər xəsarət alıb.

Milli.Az