Müharibə olsa, İran bu ölkəni məhv edəcək - Hizbullah

20 Sentyabr 2019 21:57

Müharibə olarsa, İran Səudiyyə Ərəbistanını məhv edəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Hizbullah lideri Həsən Nəsrullah deyib.

O bildirib ki, İran istənilən təhlükədən güclüdür və xalqı yekdildir.

Hərəkat lideri əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın İrana yönəlik təhdid çıxışları uğursuzdur və o, Həsən Ruhani ilə görüşmək üçün "yalvarır".

Milli.Az