İki maşın toqquşdu, xəsarət alan var - FOTO

20 Sentyabr 2019 19:59

Gəncənin şərq çıxışında yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Samux rayon sakini, 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə İmişili rayon sakini, 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan 30 yaşlı sərnişin Toma Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az