Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması sülhlə yekunlaşdı - Dünya kuboku

20 Sentyabr 2019 18:09

Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin birinci partiyaları oynanılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Gərgin keçən qarşılaşma heç-heçə nəticələnib. Şahmatçılarımız arasındakı ikinci partiya sentyabrın 21-də keçiriləcək.

Xatırladaq ki, beş şahmatçının qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Milli.Az