Azərbaycanlı müğənni pozlarına görə tənqid edildi

20 Sentyabr 2019 19:04

Müğənni Ezo Gənc paylaşımlarına görə tənqid edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna rəvac yaradan isə onun "rihannasayağı" pozları olub.

Belə ki, küçədə payız geyimində fotolar çəkdirən ifaçı koftasını yuxarı çəkərək Rihannanın səhnədə verdiyi pozları təkrarlamağa çalışıb.

Lakin onun şəkilləri izləyicilərin ürəyincə olmayıb. Müğənniyə "Allah ağıl versin", "Bu, nə dəxlisiz pozalardı" deyə, rəylər yazılıb.

Qeyd edək ki, Ezo Gənc bir neçə ildir Türkiyədə yaşayır.

Milli.Az