Yeni mövsümdə liderliyini əldən verdi

20 Sentyabr 2019 23:15

Türkiyənin ATV kanalında yayımlanan "Bir zamanlar Çukurova" serialına yeni mövsüm düşərli olmayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən sezon tvitterdə ən çox paylaşılan, reytinqdə birinci olan ekran işi geriləməyə başlayıb.

Belə ki, layihənin ötən günkü bölümü Fox TV-də yayımlanan "Mucize Doktor" serialına məğlub olub. Rəqib serial iki həftədir yayıma başlamasına baxmayaraq, Total və AB reytinq nəticələrinə görə liderlik əldə edib.

Milli.Az