Macarıstanın Baş naziri Bakıya gəlir

20 Sentyabr 2019 16:12

Okyabrın ortalarında Macarıstanın Baş naziri Viktor Orban Bakıya səfər edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir bildirib ki, V.Orban oktyabrın 15-də Bakıda Türk Şurasının sammitində iştirak edəcək.

Qeyd edək ki, Türk Şurasının yaradılması barədə qərar 2009-cu il oktyabrın 3-də Naxçıvanda qəbul edilib.

Macarıstan ötən il bu qurumun müşahidəçisinə çevrilib.

Milli.Az