Fasilədə "İnter"in futbolçuları arasında dava düşüb

20 Sentyabr 2019 17:29

Çempionlar Liqasının qrup mərhələsində "Slaviya"nı qəbul edən "İnter" doğma meydanında son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulub - 1:1.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, qarşılaşmanın fasiləsində "neradzurra" futbolçuları arasında qalmaqal yaşanıb.

Belə ki, hücumçu Romelu Lukaku baş məşqçiyə yarımmüdafiəçilərdən şikayət edib və ona lazımi dəstəyi vermədiklərini, vaxtında irəli çıxmadıqlarını söyləyib. Bu isə orta sahə oyunçusu Marselo Brozoviçin xoşuna gəlməyib. Nəticədə iki futbolçu arasında dava yaşanıb. Vəziyyətin gərginləşdiyini görən digər hücumçu Aleksis Sançes onları ayırmağı bacarıb.

Hadisədən narazı qalan baş məşqçi Antonio Konte oyunçularla bağlı tədbir görülməsi üçün rəhbərliyə göstəriş verib.

Milli.Az