Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu

20 Sentyabr 2019 12:07

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan idmançımızın rəqibi dünya çempionu Takuto Otoquro (Yaponiya) olub.

3 qat dünya və 3 qat Avropa çempionumuz 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.

Milli.Az