Efirdə Vasifdən 30 min istədi - Xatirəni pərt edən cavab

20 Sentyabr 2019 14:32

Müğənni Xatirə İslamla aparıcı Zaur Kamal arasında mübahisə düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı sənətçiyə Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı suallar ünvanlayıb. Onun "Vasifi mənə tanıtma. Sənə də onu tanıdacam. Kaş onu tanımazdım" sözlərinə Xatirə əsəbiləşib:

"Vasifi 17 ildir tanıyıram, çox yaxşı insandır".

"Vasifi əlimin içi kimi tanıyıram. Onu yaxşı tanımaq üçün Vasifdən pul istə" sözlərinə müğənni "İndi istəyərəm" deyib.

Canlı yayımda V.Məhərrəmliyə zəng edən X.İslam ondan 30 min pul istəyib. Sənətçi həmkarına "Vicdan haqqı yoxumdur" deyərək, imtina edib.

Milli.Az