Dadaş Dadaşlinski əslində o imiş - FOTO

20 Sentyabr 2019 13:58

Son günlər İctimai TV-də yayımlanan "3 D" layihəsi sosial şəbəkələrdə səs-küy yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan teleməkanında ilkə imza atan, 3 D animasiyası olan Dadaşlinski Dadaş Dadaş oğluna Facebook profili də açılıb və məlumat yerində "Heç kimin soruşa bilmədiyini mən soruşacağam! Hadisələrə heç kimin baxmadığı bucaqdan baxacağam" şərhi yazılıb.

Bir neçə gündür ki, hər kəsdə şərti aparıcının kimliyi ilə bağlı sual ortaya çıxıb.

Dadaş Dadaşlinski obrazının səsini film sektorunun tanınmış siması Tural Sevdimalı səsləndirir. O, eyni zamanda, sözügedən layihənin rəhbəridir.

Tural bundan əvvəl "Oğlan Evi",  "Qız Qalası" filmləri, "Ər və Arvad" serialının ssenari müəllifidir.

Milli.Az