"Sevilya"lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

20 Sentyabr 2019 13:51

"Sevilya" futbolçularının Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ" üzərində qələbə qazandıqları oyundan sonra maraqlı görüntüləri yayılıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisinin üzvləri son vaxtlar məşhurlaşan trendə qoşulublar. Onlar matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun paltardəyişmə otağında topu başla bir-birilərinə ötürərək, sonda qutunun içinə salıblar.

Videodan göründüyü kimi bu zaman futbolçular ümumilikdə 60 ötürmədən istifadə ediblər və topa son zərbəni Serxio Regilon vurub.

Milli.Az