Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi - CƏDVƏL

20 Sentyabr 2019 13:15

Avropa Liqasında qrup mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

Milli.A xəbər verir ki, "Qarabağ" öz meydanında "Sevilya"ya məğlub olsa da (0:3), Azərbaycan 17,750 xalla 26-cı pillədəki yerini qoruyub. 25-ci yerdəki Qazaxıstanın 18,750 xalı var.

Milli.Az