Zabit Səmədov “Diriliş Osman”ın çəkiliş meydanında - FOTO

20 Sentyabr 2019 13:05

Dünya şöhrətli idmançımız Zabit Səmədov çəkilişləri yeni başlayan "Diriliş Osman" serialının çəkiliş meydanına yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, serialın rejissoru Mehmet Bozdağla fotolar çəkdirib. "Dostumla "Diriliş Osman" setində", - Z.Səmədov paylaşımına yazıb.

Qeyd edək ki, "Diriliş Osman" serialında baş rolu Burak Özçivit oynayır.

Milli.Az