"Nargis" Fondunun dəstəyi ilə Samsung şirkətinin yeni layihəsi işıq üzü görüb

20 Sentyabr 2019 11:15

Quba məktəblərinin birində şagirdləri Samsung tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşıladı.

Technological Embrace layihəsi çərçivəsində, "Nargis" Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq, Samsung şirkətinin məhsulları ilə təchiz olunub və şagirdlərin istifadəsinə təhvil verilmişdir. 

Qeyd edilən otaqda, buna misal olaraq, interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilmişdir. Belə ki, xüsusi Flip Board lövhəsi, adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir. Flip Board - "böyük həcmli" planşeti xatırladaraq, touchscreen üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir.  

Sözügedən virtual reallıq kabinələri isə şagirdlərə dinozavrlar dövrünə səyahət etməyə, vulkan püskürməsinə şahid olmağa və digər maraqlı simulyasiyaları öz gözləri ilə görməyə imkan yaradacaq. 

Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasının imkanını yaradırlar.

Həmçinin, şagirdlərin rahatlıqla tədris materiallarını mənimsəmələri və sənədli və maarifləndirici filmlərdən faydalanmaları üçün kabinet Samsung televizoru ilə təchiz olunmuşdur.

Qeyd edək ki, bu otaq sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Texnoloji sinfin təntənəli açılış mərasimi sentyabr ayının 16-da baş tutmuşdur. Beləliklə, yeni ildən başlayaraq şagirdlər interaktiv dərslərin üstünlüklərini hər tərəfli qiymətləndirə biləcəklər. Ətraflı məlumatı Samsung Azərbaycanın Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.