Ayı kişini parçaladı

20 Sentyabr 2019 14:23

Saxalində ayı hücum edərək 1 nəfəri parçalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ayının yaraladığı şəxsi Balıqçı kəndinin yaxınlığında yerləşən neft-emalı zavodunun əməkdaşları tapıb və dərhal təcili tibbi yardım çağırıblar.

Lakin yaralı xəstəxanaya aparılarkən yoldaca dünyasını dəyişib.

Hazırda ayı rayon ərazisində polis və kənd təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən axtarılır.

Milli.Az