Qadınlar toyda yemək üstündə dava saldılar - VİDEO

20 Sentyabr 2019 12:38

İndoneziyada iki qadın yemək üstündə dava edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu dava toy iştirakçıları tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

"İsveç masası stilində hazırlanan toy mərasimində qadınlardan biri daha çox yemək götürdüyündən digərinin qəzəbinə və etirazına səbəb olub:

"Sən nə utanmaz və acgözsən. Sən bununla bütün kəndi yedirtmək istəyirsən?"
Cavabında isə qarşısındakı qadın deyib ki, əcəb edib götürürəm, özüm bilərəm.

Bundan sonra aralarındakı mübahisə qızışaraq davaya çevrilib.

Milli.Az