Avropa Liqası: ən yaxşı adına 4 namizəd

20 Sentyabr 2019 11:12

Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, keçirilən görüşlərdən sonra UEFA 4 iddiaçını açıqlayıb.

Bunlar Bukayo Saka ("Arsenal"), Klaudio Keseru ("Ludoqorets"), Nikolo Zaniolo ("Roma") və Kevin Buadı ("Bazel").

Avropa Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə bəlli olacaq.

Milli.Az