Bakıda 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı

20 Sentyabr 2019 10:31

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Biləcəri-Sulutəpə avtomobil yolunun kənarındakı "555" kafesinin qarşısında Oğuz rayon sakini, Sulutəpə qəsəbəsində kirayədə yaşayan, 1967-ci il təvəllüdlü Salahov Saleh Bəşir oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində həmin şəxs S.Salahova bir neçə bıçaq zərbəsi vurub hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az