Qadın paltarı geyinib izləyicilərini təəccübləndirdi - FOTO

20 Sentyabr 2019 09:27

Qadın paltarında şəkil çəkdirən Rusiya müğənnisi Sergey Lazarev bununla izləyicilərini təəccübləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin fotonu o, İnstaqram hesabında paylaşıb.

Lazarevin paylaşımına yazdığı qeyddən məlum olub ki, bu obraza o, Puşkin adına Teatrda mövsüm açılışı ilə əlaqədar baş tutan tədbir üçün girib.

Qeyd edək ki, S. Lazarev teatr səhnəsində "İstedadlar və Mərhumlar" tamaşasında Jan-Fransua Millenin bacısı - Deyzi Till obrazını canlandırır.

Milli.Az