Azərbaycanda gimnastika sürətlə inkişaf edir - tamaşaçı

20 Sentyabr 2019 07:14

Azərbaycanda gimnastika sürətlə inkişaf edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının tamaşaçısı Almaz Musayeva deyib.

A.Musayeva bildirib ki, ölkəmizdə hər zaman əla təşkilatlanma ilə seçilən genişmiqyaslı idman tədbirləri keçirilir:

"Dünya çempionatı gimnastlar üçün vacib bir yarışdır. Xüsusi məmnuniyyətlə çempionatdakı idmançıların çıxışlarını izləyirəm. Milli gimnastika arenası heyrətamizdir, buradakı yarışlar möhtəşəm və maraqlı keçir".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az