APOEL - "Dudelanj" matçında gözlənilməz nəticə

19 Sentyabr 2019 23:01

Bu gün Avropa Liqasının qrup mərhələsində ilk tura start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A qrupunda APOEL Kiprdə Luksemburqun "Dudelanj" klubunu qəbul edib.

"Qarabağ"ın rəqiblərinin görüşündə gözlənilməz nəticə qeydə alınıb.

Luksemburq təmsilçisi APOEL-i 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrupun digər matçında "Qarabağ" doğma azarkeşləri önündə "Sevilya"ya 0:3 hesabıyla uduzub.

Milli.Az