Bakıda bədii gimnastika üzrə dünya çempionatının finalı başlayıb - FOTO

19 Sentyabr 2019 20:43

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının finalı başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün gürzlərlə və lentlərlə fərdi qaliblər və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az