Neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib

19 Sentyabr 2019 20:37

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Abdurahmanov İsmət Abdurahman oğlu

İbadov Fərhad İbad oğlu

Quliyev Ağaşirin Simran oğlu.

Milli.Az