İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı

19 Sentyabr 2019 20:02

Türkiyənin İstanbul şəhərində antiterror əməliyyatı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində İŞİD terror təşkilatının 8 üzvü saxlanılıb.

Saxlananlardan iki nəfəri qadındır. Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, bu ayın əvvəlində İstanbulda İŞİD "əmir"lərindən biri saxlanmışdı.

Milli.Az