Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - VIDEO - FOTO

19 Sentyabr 2019 19:37

Türkiyədə qadın cinayətlərinə diqqət çəkmək üçün maraqlı addım atılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulun Kabataş ərazisində binalardan birinin fasadına 440 qadın ayaqqabısı düzülüb. Bu ayaqqabılar 2018-ci ildə kişilər tərəfindən öldürülən qadınların sayını ifadə edir. 260 kvadrat metrlik ərazidə 2 divara düzülən ayaqqabılar hər kəsin diqqətini cəlb edib.

Qrafik-dizayner Vahid Tuna tərəfindən hazırlanan layihənin bütün istanbullulara tanıdılacağı, kişilərin zorakılığı nəticəsində dünyasını dəyişən 440 qadının adının xatırlanması məqsədilə ərsəyə gətirirldiyi bildirilib.

Açılış gələn həftə reallaşdırılacaq.

Milli.Az