Sumqayıtda dəhşət: sığorta şirkətinin əməkdaşları qəzaya düşdülər - Sürücü diri-diri yandı - YENİLƏNİB - VİDEO

19 Sentyabr 2019 18:57

18:57

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, baş verən qəza zamanı "Mercedes"in sürücüsü alışan maşında yanaraq ölüb. 

"Hyundai-İX35" avtomobilində olan "Atəşgah" Sığorta Şirkətinin əməkdaşlarından biri hadisə nəticəsində aldığı zərbələrdən keçinib, digər əməkdaş isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırlıb. 

Hadisə yerindən videonu təqdim edirik: 

---------

18:19

"Atəşgah" Sığorta Şirkəti Sumqayıtda baş vermiş avtomobil qəzası ilə bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, şirkətdən oxu.az-a bildirilib ki, şirkətin iki nəfər əməkdaşının olduğu "Hyundai-İX35" markalı xidməti avtomobil "Mercedes" markalı avtomobil ilə toqquşub.

Sumqayıt yolunda baş verən qəza nəticəsində əməkdaşlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.

Milli.Az