Xırdalanda 4 yük avtomobili yandı

19 Sentyabr 2019 18:09

Xırdalanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az