Tahir Gözəl “Sevilya”nın prezidenti ilə görüşdü - FOTO

19 Sentyabr 2019 18:10

Bu gün keçiriləcək "Sevilya" ilə oyun öncəsi "Qarabağ" İspaniya klubuna rəsmi ziyafət verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə "Sevilya"nın prezidenti Xose Kastro Karmona və Ağdam komandasının vitse-prezidenti Tahir Gözəl və digər rəsmi şəxslər də iştirak ediblər.  Ağdam klubunun vitse-prezidenti Karmonaya "Qarabağ"ın rəmzi olan at heykəli təqdim edib. 

Milli.Az