Fati milli seçimini etdi - İspaniya, yoxsa Portuqaliya?

19 Sentyabr 2019 20:10

"Barselona"nın futbolçusu Ansu Fati sabah İspaniya vətəndaşlığı alacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 16 yaşlı hücumçunun Braziliyada keçiriləcək dünya çempionatında İspaniyanın U-17 millisində oynamağı planlaşdırılır.

Qvineya-Bisauda doğulan Fatinin Portuqaliya yığmasında da oynamaq variantı olub, amma o, İspaniya millisini seçib.

Qeyd edək ki, A. Fati  bu mövsüm oynadığı 3 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az