"Liverpul"dan Maneyə yeni müqavilə

19 Sentyabr 2019 19:10

"Liverpul" futbolçusu Sadio Maneyə yeni müqavilə təklif edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı hücumçu ilə müqavilənin müddətini 2025-ci ilin iyununa kimi uzatmaq istəyir. Seneqallı oyunçu bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 13 milyon avro olacaq.

Qeyd edək ki, Mane bu mövsüm 7 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az