Belçika qırıcısı Fransada qəzaya uğradı

19 Sentyabr 2019 16:23

Fransanın Loryan şəhərində Belçika Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, pilotlar katapult edə bilib. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Təyyarə fermerlərə məxsus sahəyə düşüb.

Qeyd olunur ki, qəza təlim uçuşu zamanı baş verib.

Milli.Az