Zərifdən xəbərdarlıq: "Əgər İran vurulsa..."

19 Sentyabr 2019 17:36

ABŞ və ya Səudiyyə Ərəbistanı tərəfindən İrana hücum olacağı təqdirdə genişmiqyaslı müharibənin başlaması qaçılmazıdr.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

Nazir ABŞ və ya Səudiyyə Ərəbistanı tərəfindən hücum olarsa, İran hansı addımı atacaq sualına cavab olaraq qeyd edib: "Böyük müharibə başlayacaq".

İranlı rəsmi daha sonra əlavə edib: "Heç şübhəsiz ki, İran öz ərazisinin müdafiəsinə qalxacaq".

Milli.Az