Türkiyədə 6 PKK-çı polisə təslim oldu

19 Sentyabr 2019 16:17

PKK terror təşkilatının 6 üzvü İraqın şimalındakı düşərgələrindən qaçaraq Şırnak vilayətinin Silopi rayonu yaxınlığında yerləşən Habur Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan terrorçulardan 4-ü qadındır.

Faktla bağlı daha ətraflı məlumat verilmir.

Milli.Az