Səhiyyə Nazirliyi İsmayıllıda baş verən hadisə ilə bağlı: Yardım göstərilir

19 Sentyabr 2019 14:25

İsmayıllıda kütləvi zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət olunub.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".

Nazirlikdən bildirilib ki, hadisənin hansı səbəbdən baş verdiyi tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Milli.Az