Ronaldunun "Atletiko"ya jestinin mənası - VİDEO

19 Sentyabr 2019 17:09

Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu "Atletiko"ya qarşı keçirən "Yuventus" səfərdən 2:2 hesablı bərabərliklə dönüb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu qarşılaşmada bir epizod xüsusi diqqət cəlb edib.

Belə ki, "Atletiko"lu fanatların durmadan fitə basdığı "qoca sinyora"nın hücumçusu Kriştianu Ronaldu oyunun gedişində onlara əl hərəkəti ilə jest edib. O, görüşdən sonra bunun mənasını açıqlayıb: "Öyrənin, sizin öyrənməyə ehtiyacınız var".

Qeyd edək ki, ötən mövsüm də Ronaldu ilə "Atletiko" fanatları arasında gərginlik yaşanmışdı.

Milli.Az