"Mançester Yunayted"də 5 illik müqavilə

19 Sentyabr 2019 20:34

"Mançester Yunayted"in futbolçusu Viktor Lindelöf klubu ilə müqavilənin müddətini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, isveçli müdafiəçi 2024-cü ilin iyununa qədər "qırmızı şeytanlar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Lindelöf 2017-ci ildən İngiltərə təmsilçisində oynayır. O, indiyə kimi "Mançester Yunayted-"də 74 matça çıxıb.

Milli.Az