Çempionlar Liqasında ən yaxşı adına 4 namizəd

19 Sentyabr 2019 10:55

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, keçirilən 16 görüşdən sonra UEFA 4 iddiaçını açıqlayıb.

Bunlar Erlinq Braut Haaland ("Zalsburq"), Mark-Andre Ter Ştegen ("Barselona"), Anxel di Mariya (PSJ) və Mislav Orsiçdi ("Dinamo" Zaqreb).

Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə bəlli olacaq. Ən yaxşının adı sabah açıqlanacaq.

Milli.Az