Mehriban Zəki “Sprut” serialının ulduzu ilə - FOTO

19 Sentyabr 2019 10:36

Xalq artisti Mehriban Zəki "Sprut" serialının aktyoru Remo Girone ilə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, ekran işində Tano Kariddi obrazını canlandıran sənətçi ilə bağlı fikirlərini bölüşüb:

"80-ci illər idi... Sovet dövründə televiziyalarda serial anlayışı yeni meydana gəlirdi. Və hamının TV qarşısına yığışıb "Sprut" serialını gözləməsi qanunauyğun bir hal almışdı. Baş qəhrəman komissar Kattani öz yerində, amma o zamanlar mənfi, indiki zamanda isə antoqonist kimi adlanan Tano Kariddi  personajının xarizması hamını, xüsusilə xanınları heyran etmişdi".

Qeyd edək ki, "Sprut"  bütün zamanların ən yaxşı italyan serialları içərisində yer alır.

Milli.Az