Bakının mərkəzində ağır qəza: "Opel" aşdı - VİDEO

19 Sentyabr 2019 11:17

Bakının Neftçilər prospektində qəza baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Opel" markalı avtomobillə "Volkswagen" markalı maşın toqquşub.

Qəza zamanı 99 GF 922 dövlət nömrə nişanlı "Opel" aşıb.

Yaralı və ölənlərlə bağlı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az