Deputatın avtomobili yaxınlığında partlayış olub: ölənlər var

19 Sentyabr 2019 09:42

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış yerli deputat Əbdüqadir Arabounun avtomobili yaxınlığında olub.

Məlumata əsasən, partlayış nəticəsində deputatın sürücüsü və mühafizəçisi həlak olublar.

Qeyd edilir ki, Ə.Arabou partlayış nəticəsində xəsarət almayıb.

Milli.Az